"Ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda dəyişiklik edildi


 "Azərbaycan Respublikası ədliyyə orqanlarında ali xüsusi rütbəli vəzifələrin Siyahısı”nda dəyişiklik edilib. 

Aktual.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. 
Fərmana əsasən, siyahıya Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini - III dərəcəli dövlət ədliyyə müşaviri və Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi - ədliyyə general-mayoru da daxil edilib. 
 
Aktual.az
Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR