Əbülfəs Qarayev: Yeni reyslər və aviaşirkətlər açılacaq

Əbülfəs Qarayev: Yeni reyslər və aviaşirkətlər açılacaq

“Turizm Şurasının 2017-ci ildə fəaliyyətə başlaması bu sahənin (turizm - red.) daha çox inkişaf etməsinə şərait yaradacaq. Şuranın tərkibində bir neçə dövlət qurumu birləşəcək”.

Aktual.az  Report-a istinadən xəbər verir ki, bunu 27 sentyabr - Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdeyib.

“Ticarət festivallarının keçirilməsi də turizmin inkişafında böyük rol oynayır. Bu tədbirlərə xərclənən vəsaitin 20-30%-i geri qayıdır. Azərbaycanın gələn il ən azı iki dəfə 10-15 günlük ticarət festivalı keçirmək imkanı olacaq.

Azərbaycanda təsdiq edilən turizm zonaları - Quba, Qusar və Xızıda ərazilər artıq fəaliyyət göstərəcək. Bu zonalarla bağlı xüsusi layihələr hazırlanıb. 

Bu ərazilər prespektiv plan əsasında fəaliyyət göstərəcək. Eyni zamanda Dubay, Rusiya, Almaniyada olan nümayəndəliklərimizi digər ölkələrdə də açmağı planlaşdırırıq.

AZAL-la daimi əməkdaşlıq çərçivəsində yeni reyslər və aviaşirkətlər açılmasını təşkil edəcəyik”, - deyə nazir Azərbaycan Prezidentinin turizm ilə bağlı son sərəncamının mahiyyətini şərh edərkən deyib. 

Xəbər 280 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR