Əbülfəs Qarayev Ağsuda vətəndaşlarla görüşüb

Əbülfəs Qarayev Ağsuda vətəndaşlarla görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağsuda vətəndaşların qəbulunu keçirib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qəbulda Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlar iştirak edib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət ocaqlarının fəaliyyəti, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin, qədim tikililərin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Ağsu, Qobustan və İsmayıllı rayonlarından bir neçə vətəndaş işlə təminat və digər sosial məsələlərlə bağlı nazirə müraciət ediblər.

Nazir Ə. Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR