Dövlət torpaqlarına vərəsəlik hüququnun müddəti azaldılır

Dövlət torpaqlarına vərəsəlik hüququnun müddəti azaldılır

Azərbaycanda dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlara vərəsəlik hüququnun müddəti azaldılır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bu barədə məsələ Mülki Məcəlləyə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün tikintiyə vərəsəlik hüququ 49 ildən çox ola bilməz.

Hazırda isə Məcəlləyə əsasən, tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşdırılması ilə müəyyənləşdirilir, lakin 99 ildən çox ola bilməz.

Dəyişikliklər Milli Məclisin dekabrın 18-də keçiriləcək növbəti plenar iclasına tövsiyə olunub.

Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR