Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçirildi

Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, imtahan təlimata uyğun olaraq kompüter vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
AA, AB, AC, BA, BB qrupları üzrə növbəti sınaq imtahanları 6 və 13 dekabr tarixlərində keçiriləcək. 
Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır.  
 
Aktual.az
Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR