Dövlət Neft Fondu qızılının miqdarını AÇIQLADI

Dövlət Neft Fondu qızılının miqdarını   AÇIQLADI

Hazırda Azərbaycan Dövlət Neft Fondu (ARDNF) alınmış qızılın satılaraq digər aktivlərlə əvəzlənməsi, eləcə də əlavə qızılın alışını nəzərdə tutmur.

Aktual.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq fonddan deyilib.

Qızıl investisiyaları ilə bağlı strategiyaya gəldikdə isə, ARDNF-dən bildirilib ki, bu yatırımlar qısamüddətli spekulyativ hədəflər üçün deyil, məhz strateji məqsədlə həyata keçirilib.

"Məlum olduğu kimi, ARDNF-in investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri qızıla investisiya edilə bilər ki, hal-hazırda da investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edir. Ümumiyyətlə, qeyd etmək yerinə düşərdi ki, qızıla investisiyalar əsasən iqtisadi tənəzzül, məzənnə riskləri və inflyasiya kimi amillərə qarşı sığorta vasitəsi kimi xüsusi önəmə malik olmaqla, investisiya portfelinin diversifikasiya olunması istiqamətində böyük əhəmiyyət kəsb edir", - deyə məlumatda qeyd olunub.

Xəbər 386 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR