Dövlət Neft Fondu devalvasiyadan nə qədər qazandı?

Dövlət Neft Fondu devalvasiyadan nə qədər qazandı?

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ötən il baş verən devalvasiya nəticəsində əldə etdiyi gəlirin həcmini açıqlayıb.

Aktual.az APA-ya istinadən bildirir ki, 2015-ci ildə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş manatın devalvasiyası çərçivəsində ARDNF-nin investisiya portfelinə daxil olan valyuta və aktivlərin manat ifadəsi ilə dəyərinin artması səbəbindən fondun ümumilikdə 23 mlrd. 217,8 mln. manat, o cümlədən ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların manata qarşı məzənnəsinin artması ilə əlaqədar 22,501 mlrd. manat büdcədənkənar gəliri yaranıb.

Xarici valyuta və aktivlərin yenidən qiymətləndirilməsi səbəbindən qızıl portfelinin qiymətinin artması ilə əlaqədar 716,8 mln. manat büdcədənkənar gəlir yaranıb.

Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR