Dövlət işçisini döyən rusiyalı futbolçuların həbs müddəti uzadılıb

Dövlət işçisini döyən rusiyalı futbolçuların həbs müddəti uzadılıb
  • DÜNYA

Rusiyanın Tver rayon məhkəməsi "Zenit”in hücumçusu Aleksandr Kokorinlə "Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayevin həbs müddətinin uzadılmasına dair qərar qəbul edib.

"Report” xəbər verir ki, sözügedən futbolçular ən azı bu il aprelin 8-dək həbsxanada qalacaqlar. Analoji qərar Kokorinin qardaşı Kirill və onların dostu Aleksandr Protasovitski barədə də qəbul olunub.
Qeyd edək ki, bu şəxslər ötən il oktyabrın 11-də həbs ediliblər. Onlar Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pak, həmçinin aparıcı Olqa Uşakovanın sürücüsü Vitali Solovçuku döyməkdə ittiham olunurlar. 
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR