Dövlət Departamenti: ABŞ Suriyanı parçalamaq istəmir

Dövlət Departamenti: ABŞ Suriyanı parçalamaq istəmir
  • DÜNYA

ABŞ hökuməti Suriyanı parçalamaq istəmir.

"Report” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Robert Palladino Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatına cavab olaraq deyib.
"Xarici işlər nazirinin bəyanatları barədə onu deyə bilərəm ki, bu, ABŞ siyasətinin düzgün təsviri deyil. Biz Suriyanın toxunulmazlıq və ərazi bütövlüyünü dəstəkləyirik", - deyə RİA "Novosti" Palladinonun sözlərini sitat gətirib.
O həmçinin qeyd edib ki, Vaşinqton üçün BMT-nin himayəsi altında Suriya ilə bağlı məsələnin yalnız siyasi yolla həlli məqbuldur.
Daha əvvəl Lavrov qeyd edib ki, ABŞ-ın məqsədi Suriyanı parçalamaq və Fərat çayının şərq sahilində daxili dövlət yaratmaqdır.
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR