Dövlət başçısı Sumqayıtda yeni avtobuslarla tanış olub

Dövlət başçısı Sumqayıtda yeni avtobuslarla tanış olub

Azərbaycan Prezidenti İlham Əliyevə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları təqdim edilib.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Türkiyədə istehsal edilən “AKİA” markalı bu avtobuslar 27 oturacaqlıdır.

Ümumiyyətlə, avtobuslarda 72 sərnişin daşına bilər. Avtobuslarda əlillər üçün yer və onların rahat minib-düşmələrindən ötrü xüsusi qurğu quraşdırılıb. Yüksək texniki göstəricilərə malik avtobuslarda mərkəzləşdirilmiş havalandırma sistemi, həmçinin daxili və xarici müşahidə kameraları var.

Yeni sərnişin nəqliyyat vasitələrinin istifadəyə verilməsi ilə Sumqayıtda sərnişindaşımanın keyfiyyətini daha yüksək səviyyəyə çatdırmaq mümkün olacaq.

Xəbər 528 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR