Dövlət başçısı rüşvətxor naziri işdən çıxardı – Türkmənistanda

Dövlət başçısı rüşvətxor naziri işdən çıxardı – Türkmənistanda

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkənin tikinti və memarlıq naziri Çarı Atayevi işində yol verdiyi ciddi nöqsanlara və rəhbər kimi özünü doğrultmadığına görə tutduğu vəzifədən azad edib.

Aktual.az-ın Report-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı bu qərarını hökumətin 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan geniş tərkibli iclasında açıqlayıb.

İclas zamanı iqtisadi cinayətlərə qarşı mübarizə üzrə Dövlət Xidmətinin rəisi Mammetxan Çakıyev çıxış edərək Tikinti və Memarlıq Nazirliyi sistemində korrupsiya cinayətinin aşkarlandığını qeyd edib.

M.Çakıyevin sözlərinə görə, bu cinayətlərdə nazirin müxtəlif vəzifələrə təyin etdiyi və nazirliyin sifarişi ilə tikinti işləri görən özəl şirkətlərdən rüşvət alan yaxın adamları iştirak edib.

Q.Berdıməhəmmədov nazirin vəzifəsindən azad edilməsi haqqında sərəncamı imzalayarkən Türkmənistanda heç vaxt rüşvətə yer olmayacağını bildirib.
 
Aktual.az
Xəbər 359 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR