Dövlət başçısı Qətər əmirinə başsağlığı verib

Dövlət başçısı Qətər əmirinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı məktubu göndərib. 

Aktual.az-ın məlumatına görə, məktubda deyilir: 

"Qətər Dövlətinin keçmiş əmiri, babanız şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin üzvlərinə, bütün Qətər xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
 
Aktual.az
Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR