Dünyanın ən təhlükəli klubu - Heç kim onlarla oynamaq istəmir

Dünyanın ən təhlükəli klubu - Heç kim onlarla oynamaq istəmir
  • İDMAN

Portuqaliyanın 4-cü liqasında çıxış edən "Kanelas 2010" son 11 matçının hamısını 3:0 hesabı ilə qazanıb.

Amma uğurlu çıxışın səbəbi komandanın möhtəşəm oyunu deyil.

Aktual.az  fanat.az-a istinadla bildirir ki, səbəb rəqiblərin onlarla oynamaq istəməməsi və meydana çıxmamasıdır.

Çünki "Kanelas 2010"la oyunların "terrorun ortasında" keçdiyi deyilir. Komandanın internetdə yayımlanan videoları da bunu göstərir. "Kanelas 2010"un futbolçuları həddən artıq sərt oynayır, bir çox hallarda qəddarlıq edirlər. Bu səbəbdən də rəqibləri onlarla oynamaqdansa, 750 avro cərimə ödəməyə və texniki məğlubiyyət almağa razılaşırlar.

Bu mövsüm çempionatdakı 17 oyundan 16-da qələbə qazanan komandanın rəqiblərindən cəmi biri onlarla oynamağa razı olub.
 
Aktual.az
Xəbər 598 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR