Dünyanın ən çox qazanan qadın müğənnisi bəlli oldu - SİYAHI

Dünyanın ən çox qazanan qadın müğənnisi bəlli oldu - SİYAHI

"Forbes” jurnalı musiqi dünyasının ən çox gəlir əldə edən qadın sənətçilərinin siyahısını açıqlayıb.

Aktual.az Publika.az-a istinadən xəbər verir ki, siyahının ilk pilləsində amerikalı pop ulduzu Rihanna qərarlaşıb.
Siyahıda həmçinin, Teylor Svift, Biyons, Madonna və Selin Dion kimi məşhurlar yer alıb.
Amerikalı müğənni Teylor Svift ötən il 360 milyon dollar qazanıb və siyahıda 5-ci olub.


Daha bir amerikalı müğənni Biyons 400 milyon dollar gəlir əldə edib və "Forbes” sıralamasında 4-cü olub.

Selin Dion 450 milyon dollar gəlirlə siyahıda 3-cü yeri tutub.

Madonna 570 milyon dollar qazanıb və dünyanın ən çox qazanan ikinci qadın müğənnisi olub.

Rihanna 600 milyon dollarla dünyanın ən çox gəlir əldə edən qadın sənətçisidir.


Xəbər 529 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR