"Phillps" hərrac evində "Legendary Watches of the 20th Century" layihəsi çərçivəsində dünyanın ən bahalı və nadir saatı satışa çıxarılıb.
Publika.az xəbər verir ki, sözügedən saat "Rolex Cosmograph" firması tərəfindən 1968-ci illərin ortalarında istehsal edilib. Saatı dünya şöhrətli aktyor Paul Nyumana həyat yoldaşı, aktrisa Cuanna Vudvord hədiyyə etmişdir.
Kino ulduz Paul Nyumana aid olan təxminən 1 milyon dollara alınan saat hərracda 18 milyon dollara satılıb. Saatın yeni sahibinin adı gizli olaraq saxlanılıb.
Aktual.az
Xəbər 415 dəfə oxunub.