Dünyada koronavirusa yoluxanların sayı 9 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 9 milyonu ötdü

Dünyada koronavirusa yoluxan 4 786 569 nəfər sağalıb, 468 712 nəfər isə virusdan ölüb.

 Aktual.az "Report”a istinadən xəbər verir ki, indiyədək 9 005 326 nəfərə COVID-19 diaqnozu qoyulub.
Ən çox yoluxma halları ABŞ (2 347 701), Braziliya (1 073 376) və Rusiyada (585 680) qeydə alınıb.
Qeyd edək ki, iyunun 21-nə olan məlumata görə, Azərbaycanda ümumilikdə 12 729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 799nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib, 5 776 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 4 947 koronavirus testi aparılıb. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 422 049 test aparılıb.
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 187 685 nəfər yoluxub. Onlardan 4 950 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR