Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur

Dünyada koronavirusa yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur

Dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb.

  Aktual.az  "Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın bir sıra ölkələrin və təşkilatların statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Universitetin məlumatına görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur. Qeyd edilir ki, virusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 1 407 123 təşkil edir. Dünyada 80 759 insan pandemiyanın qurbanı olub.
Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. 
Xəbər 399 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR