Dünya dövlətlərinin xarici borcları 70 trilyon dollara yaxınlaşıb

Dünya dövlətlərinin xarici borcları 70 trilyon dollara yaxınlaşıb
  • DÜNYA

Bu il dünya dövlətlərinin xarici borcları ticarət müharibələrinin artması və qlobal iqtisadi artım tempinin yavaşlaması fonunda bir qədər də artaraq yeni rekord həddə - 69,3 trilyon ABŞ dollarına çatıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb. 
Hazırda ən çox borcu olan dövlət ABŞ-dır. Bu ölkə 22 trilyon dollar borcla öndə gedir. Növbəti yerlərdə 11,8 trilyon dollar borcla Yaponiya və 6,8trilyon dollar borcla Çin qərarlaşıb. 
Hazırda qlobal borcun dünya üzrə ümumi daxili məhsulun dəyərinə nisbəti 82% təşkil edir ki, bu da bəşər tarixində rekord göstəricidir. Sözügedən nisbətin ən yüksək hədləri Yaponiya (238%), Sudan (207%) və Yunanıstandadır (177%). 
Xəbər 73 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR