“Dünya birliyi münaqişələrin həllinə kömək etməlidir” - Pan Gi Mun

“Dünya birliyi münaqişələrin həllinə kömək etməlidir”  - Pan Gi Mun

Dünya birliyi münaqişələrin həllinə kömək etməlidir.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun İstanbulda I Ümumdünya Humanitar Sammitinin açılışında deyib.

BMT-nin baş katibi bildirib ki, münaqişələr zamanı, əsasən dinc əhali əziyyət çəkir.

Onun sözlərinə görə, dünya birliyi humanitar böhranla da fəal mübarizə aparmalıdır: "Çox təəssüf ki, hazırda elə təəssürat yaranır ki, insan həyatının dəyəri yoxdur".

Baş katibin sözlərinə görə, 2030-cu ilə yerini dəyişmiş şəxslərin sayının yarıyadək azalması üçün mümkün olan hər şeyi edilməli, qaçqınlar üçün ən yaxşı həll yolları tapılmalıdır: "Bu sammiti 4 il əvvəl keçirməyi təklif etdim. Hazırda onun aktuallığı artıb. Rekord sayda insanın - 130 milyon insanın sağ qalmaq üçün köməyə ehtiyacı var".

O əlavə edib ki, sammitdə bir neçə sahədə vacib məsələlər müzakirələr olunacaq.

Xəbər 836 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR