Dünya Bankı Azərbaycana kredit ayıracaq - 67 milyon

Dünya Bankı Azərbaycana kredit ayıracaq   - 67 milyon

Dünya Bankı (DB) Azərbaycana əlavə 66,7 mln. dollar kredit ayıracaq.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, kreditin ayrılması barədə rəsmi sənəd bu axşam təsdiqlənəcək.

Kredit əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və gəlir imkanlarının gücləndirilməsinə yönəlib.

DB-nin Bakı ofisinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zaur Rzayevin sözlərin görə, sözügedən vəsait məcburi köçkünlər üçün bir sıra imkanlara yol açacaq: "Kredit çərçivəsində xüsusilə gənc məcburi köçkünlərə müəyyən sahələr üzrə təlimlər keçiriləcək. Daha sonra isə onlara öz işlərini qurmaq üçün ilkin mərhələ üçün lazım olacaq kapital ayrılacaq".

Xəbər 419 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR