Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Batumidə mərasim keçirildi

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Batumidə mərasim keçirildi

26 dekabr  2016-cı il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu  tərəfindən təntənəli mərasim keçirildi.

Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin Sədri David Qabaidze, Səhiyyə və Əhalinin Sosial Müdafiə naziri Zaal Mikeladze,Təhsil, Mədəniyyət və İdman naziri İnqa Şamilişvilini, Kənd-təsərrüfatı naziri -Laşa Komaxidze, Batumi şəhərinin meri Giorgi Yermakov  Gürcüstan Beynəlxalq Sərmayəçilər Assosiasiyasının Baş Katibi Osman Çalışkan,Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, İran İslam Respublikasının Baş Konsulu Hossein Maşhadi, Türkiyə Respublikasının Baş Konsulluğunun əməkdaşları,M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri,  Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin əməkdaşları, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak etdilər.  
Tədbirdə baş konsul Rəşad İsmayılov,  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dünya azərbaycanlılarına təbrikinı  iştirakçıların diqqətinə çatdırdi.    
Həmcinin, baş konsul Rəşad İsmayılov  bu bayramın tarixçəsi haqqında məlumat verdi. O, Həmrəylik Gününün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləmiş və bu əlamətdar bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi rolunu vurğuladı. Baş konsul  dünya azərbaycanlılarının həmrəyliyi ideyasının artıq təşəbbüsdən əməli işə çevrildiyini, dövlət siyasətinin mühüm istiqamətlərindən biri səviyyəsinə qaldırıldığını, soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi üçün mühüm amil olduğunu diqqətə çatdırdı.
Tədbirdə cıxış edən Acarıstan Muxtar Respublikasının Hökumətinin Ali Sovetinin Sədri David Qabaidze öz nitqində azərbaycanlıların arasında olmaqdan və onlarla bir yerdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etməkdən şad olduğunu bildirmişdir. Gürcülərin  Azərbaycan xalqına xüsusi münasibəti olduğunu vurğulayan  Ali Sovetin Sədri qeyd etdi ki, Acarıstanın, özəlliklə də Batuminin tarixinə nəzər yetirilsə, xalqlarımızın qədimdən dost olduğu, şəhərlərimizin və regionlarımızın çoxəsrlik dostluq tarixinin olduğu asanlıqla anlaşılar.
Tədbir bədii proqram və ziyafətlə yekunlaşdı.
 Displaying IMG_0005.JPG
 Displaying IMG_0007.JPG
 
Displaying IMG_0029.JPG
 
Displaying IMG_0045.JPG
 
Displaying IMG_9960.JPG
 
Displaying IMG_9970.JPG
 
Displaying IMG_9990.JPG
 
Displaying IMG_9992.JPG
 
Aktual.az
 


Xəbər 806 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR