DSX Qubadlıda yaşayış binasını istifadəyə verdi

DSX Qubadlıda yaşayış binasını istifadəyə verdi

Dövlət Sərhəd Xidməti (DSX) Qubadlıda yeni inşa olunmuş yaşayış binasını istifadəyə verib.
Bu barədə Aktual.az-a DSX-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasında əsaslı təmir olunan yaşayış binası xidməti istifadəyə verilib.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev xidməti istifadəyə verilmiş yaşayış binasında yaradılmış şəraitlə tanış olub və xidməti mənzillərə baxış keçirib.
Bildirilib ki, yeni istifadəyə verilmiş 3 mərtəbəli yaşayış binası 19 mənzil, 3 istirahət otağı olmaqla ümumi 86 çarpayıdan ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz olunub.
Xəbər 132 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR