Dörd ölkədə koronavirusa yoluxanların sayı artdı

Dörd ölkədə koronavirusa yoluxanların sayı artdı

Yunanıstan, Kanada, Səudiyyə Ərəbistanı və Sinqapurda koronavirus daşıyıcılarının sayı artıb.

"Report” xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan 21, Kanadada 1, Səudiyyə Ərəbistanında 3, Sinqapurda isə 5 koronavirusa yeni yoluxma faktı qeydə alınıb.
Bununla da virusa yoluxma hallarının sayı Yunanıstanda 31, Kanadada 35, Səudiyyə Ərəbistanında 5, Sinqapurda isə 117-yə çatıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 87 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 96 621-ə çatıb. Bunların 53 952 nəfəri sağalıb, 3 310 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR