“Donuz qripi”nə yoluxmuş iki azərbaycanlı reanimasiya şöbəsinə yerləşdirilib

“Donuz qripi”nə yoluxmuş iki azərbaycanlı reanimasiya şöbəsinə yerləşdirilib
  • DÜNYA

Gürcüstanın Marneuli rayonunda "donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxmuş 3 nəfər xəstəxanada müalicə olunur.

"Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, onlardan ikisi yerli azərbaycanlıdır.
Pasiyentlər reanimasiya şöbəsinə yerləşdiriliblər. Bir azərbaycanlının vəziyyəti ağır, digərininki isə stabil qiymətləndirilir.
Xatırladaq ki, bu günə qədər Gürcüstanda 19 nəfər "donuz qripi”ndən ölüb. Hazırda qonşu ölkənin xəstəxanalarında 750-yə yaxın insan qrip virusundan müalicə olunur. Ölkədə 100 min nəfər sakinə 251 yoluxma halı düşür.


Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR