Donald Trampın korteji qəzaya uğradı

Donald Trampın korteji qəzaya uğradı
  • DÜNYA

ABŞ prezidenti Donald Trampın korteji qəzaya uğrayıb.
 
APA-nın " Fox 59”-a istinadən verdiyi xəbərə görə, hadisə İndiana ştatında baş verib.
 
Hava limanına gedən yolda baş verən qəza zamanı motosikletlə korteji müşaiət edən polis əməkdaşı xəsarət alıb. Vəziyyəti normal qiymətləndirilir.
 
Qeyd edək ki, İndiana ştatında səfərdə olan D.Tramp İndianapolis şəhərində vergi islahatı ilə bağlı çıxış edib. 
 
Aktual.az
Xəbər 276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR