Dollar dəyişmək üçün ən sərfəli banklar

Dollar dəyişmək üçün ən sərfəli banklar

Bu gün Azərbaycan bankları arasında dolları ən yüksək qiymətlə alan bank "Amrahbank”dır. 

Aktual.az Fins.az-a istinadən xəbər verir ki, bu bank Amerika valyutasını 1,6670 manata alır.

Dolların qiymətləri 

Dolları ən aşağı qiymətə alan bank isə "Yapı Kredi Bank”dır. Bu bankda dolların alış qiyməti 1,5641 manatdır. Dolların ən aşağı satış qiyməti isə "Azər-Türk Bank”da tətbqi edilir - 1,6730 manat. 

Ancaq bu bank bu gün dollar satışını dayandırıb. Ona görə də bu gün ən ucuz dolları "Xalq Bank” və "Naxçıvanbank”dan ala bilərsiz. Bu banklar 1 dolları 1,6800 manata satır. Dolların ən yüksək satış qiyməti isə 1,6943 manatdır. Bu gün Azərbaycan Beynəlxalq Bankı dolları bu məzənnə ilə satır.

Avronun qiymətləri  

Avronu ən baha satan Azərbaycan Beynəlxalq Bankıdır. Bu bankda Avropa valyutası 1,8446 manata satılır. Avronu ən ucuz İran Milli Bankının Bakı filialı satır - 1,8300 manat.

Avronu ən ucuz alan isə "Azərbaycan Sənaye Bank”dır - 1,7100 manat. Avropa valyutasını ən baha alan isə "Amrahbank”dır. Bu bankda 1 avro 1,8130 manata alınır. 
 
Aktual.az
Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR