Dollar kreditləriylə bağlı yeni təkliflər - Bu gün açıqlanacaq

Dollar kreditləriylə bağlı yeni təkliflər   - Bu gün açıqlanacaq

“Bu gün dollar kreditlərinin qaytarılması ilə bağlı təkliflər açıqlanacaq”. 


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bunu  açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov deyib. O qeyd edib ki, deputat Əli Məsimovla birlikdə bir sıra iqtisadçıların fikirlərini də nəzərə alaraq təkliflər paketini hazırlayıblar: “Onu 3 ünvana - Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə göndərmişik. Artıq bu təkliflərə baxılıb, ümumi rəy verilib. Bu gün artıq o təkliflər ictimaiyyətə açıqlanacaq. Ümid edirəm ki, həmin təkliflər dollar krediti olan vətəndaşlar üçün yetərli olacaq”.

Xəbər 634 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR