Diqqət: Lisenziyaların dəyişdirilməsinə başlanıldı

Diqqət: Lisenziyaların dəyişdirilməsinə başlanıldı

Lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması prosesi başladılıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Prezidentin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Fərmanı qüvvəyə mindiyi gündən qüvvədə olan lisenziyalar müddətsiz hesab olunur.
Fərmana uyğun olaraq, lisenziya verən dövlət orqanları tərəfindən lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması təmin edilir.
Nazirlik sahibkarların diqqətinə çatdırır ki, müddətli lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunması üçün sahibkarlıq fəaliyyətini həyata keçirdikləri inzibati ərazi vahidinin əhatə olunduğu "ASAN xidmət" mərkəzlərinə, dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar isə lisenziya verən mərkəzi icra hakimiyyəti orqanlarına müraciət (ərizəyə lisenziyanın əsli əlavə olunmaqla) etsinlər.

Qeyd edək ki, bununla əlaqədar dövlət rüsumu tələb olunmur.

Xəbər 429 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR