DİN və ETSN tədbirlər planı imzalayıb

DİN və ETSN tədbirlər planı imzalayıb

"Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirlikləri ekologiya və ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər planı imzalayıb".

"Report" xəbər verir­ ki, bunu mətbuat kon­fransında Ekologiya v­ə təbii sərvətlər naz­irinin müavini Firdov­si Əlizadə deyib.
O bildirib ki, tədbirlər planı əsasında işlər görülür: "Tədbirlər planının hazırlanmasında məqsəd iki nazirliyin birlikdə ekologiya və ətraf mühitin mühafizəsinə yönəlik fəaliyyət göstərməsidir. Yəni, qanunsuz qum-çınqıl, meşə materialı, torpağın üst qatının daşınmasına qarşı birgə mübarizə aparacağıq. İaşə obyektləri tərəfindən edilən qanunsuzluqlara qarşı da Daxili İşlər Nazirliyi ilə birgə tədbirlər görəcəyik".
 
Aktual.az
Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR