DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, iyunun 7-də törədilən 20 cinayətin üstü "isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətinaçılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR