DİN-dən Əkrəm Əylislinin saxlanması ilə bağlı açıqlma

DİN-dən Əkrəm Əylislinin saxlanması ilə bağlı   açıqlma

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az saytına yazıçı Əkrəm Əylislinin saxlanması faktını təsdiq edib.

“Hazırda araşdırma aparılır. Nəticə bəlli olduqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Yazıçı Əkrəm Əylisli bu gün səhər Bakı hava limanında saxlanılıb. O, Venesiyada 30 mart – 2 aprel tarixlərində keçirilən “Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib.

Ə.Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı olsa da, sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər.

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR