DİN Bərdədəki güllələnmə ilə bağlı məlumat yaydı

DİN Bərdədəki güllələnmə ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

Aktual.az-ın xəbərinə görə, məlumatda qeyd olunub ki, aprelin 29-da saat 16 radələrində Bərdə rayonunun Əmirli kəndində kənd sakini Asif Hümbətov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi Azər Nurəliyevin bud nahiyəsinə xəsarət yetirib. Nəticədə A.Nurəliyev xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb: "Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən A.Hümbətov saxlanılıb, ondan müvafiq sənədləri olmayan "İJ-18” markalı ov tüfəngi götürülüb.
 
Aktual.az
Xəbər 339 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR