DİN Bakıda 3 piyadanın vurulması ilə bağlı məlumat yaydı

DİN Bakıda 3 piyadanın vurulması ilə bağlı məlumat yaydı

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  
Belə ki, noyabrın 28-də, saat 6 radələrində Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Natiq Abdullayev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Tərxan Bayramlını, paytaxt sakinləri Nahid Bəndəliyevi və Nicat Rəsulovu vurub. Nəticədə N.Bəndəliyev hadisə yerində ölüb, xəsarət almış digər iki piyada xəstəxanaya yerləşdirilib.
Səbail Rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Aktual.az
Xəbər 398 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR