Dərmanların qiymətlərinin tənzimlənməsi gələn il başa çatacaq

Dərmanların qiymətlərinin tənzimlənməsi gələn il başa çatacaq


“Bütünlükdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin gələn ilin ortalarına qədər başa çatdırılması nəzərdə tutulub”.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib.

O bildirib ki, ümumilikdə dərman vasitələrinin əsas hissəsinin qiymətlərinin tənzimlənməsinin bu ilin sonunadək başa çatdırılacaq.

Şöbə müdiri qeyd edib ki, indiyədək Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınaraq 3540 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib: “Dekabrın 21-dən etibarən isə daha 1258 dərman vasitəsinin yeni qiymətlərlə satışına başlanılacaq. Bununla da qiyməti təsdiq edilmiş 3540 dərman vasitəsi yeni qiymətlərlə satışda olacaq”.

Qeyd edək ki, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 46 %-nin qiyməti 2 dəfədən çox, 24 %-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilikdə 95 %-nin qiymətləri endirilib.

Tarif (qiymət) Şuranın müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilir.

Xəbər 376 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR