Deputat səfirin qatilini “qəhrəman” adlandırdı

Deputat səfirin qatilini “qəhrəman” adlandırdı
  • DÜNYA

Ukraynanın Ali Radasının fraksiyadan kənar deputatı Vladimir Parasyuk Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlini qəhrəmanlıq hesab edir. 

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, o, müvafiq bəyanatı "Facebook” səhifəsində edib. 

"İnsan öz həyatı bahasına ideya, həqiqət naminə qəti addımlar ata bilərsə, onu əminliklə QƏHRƏMAN adlandırmaq olar”, - yazan deputat paylaşımına 62 yaşlı diplomatın kürəyinə güllə açan türk polisi Mövlud Mərt Altıntaşın şəklini əlavə edib. 
 
Andrey Karlov dekabrın 19-da Ankaranın Çankaya bələdiyyəsinin Müasir Sənətlər Mərkəzində təşkil etdiyi rəsm sərgisinin açılış mərasimində qətlə yetirilib. Altıntaş türk hərbçiləri tərəfindən zərərsizləşdirilib.
 
Aktual.az
Xəbər 2578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR