Departament rəisinin həbs xəbəri ilə bağlı yeni məlumatlar

Departament rəisinin  həbs xəbəri  ilə bağlı yeni məlumatlar

Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyevin həbs olunması ilə bağlı yeni məlumatlar bəlli olub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, "Azərsu'' ASC-dən bildiriblər ki, adı çəkilən şəxs qurumun işçisi deyil: "Anar Nəzərəliyev 4 il əvvəl "Azərsu'' ASC-dəki vəzifəsindən azad olunub. Onun bizim qurumla heç bir əlaqəsi qalmayıb".

Qeyd edək ki, yayılan məlumatlara görə, "Azərsu'' ASC-nin prezidenti Qorxmaz Hüseynovun bacısı qızının həyat yoldaşı olan A.Nəzərəliyevin külli miqdarda mənimsəmə halları ilə bağlı təqsirləndirildiyi bildirilir. Həmçinin, məlumatlarda o da qeyd olunur ki, uzun müddət qaçıb gizlənən A.Nəzərəliyevi Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əməkdaşları həbs ediblər.

Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR