Dənizin içində elə "Sarmaş- Dolaş" oldular ki, - gəl görəsən... - FOTOLAR

Dənizin içində elə
  • TABLO2

Əminəm ki, "Sarmaş-Dolaş" layihəsinin bu çəkilişi barədə hələ çox danışılacaq. Düzü çox qorxurdum ki, bu havada dənizə girib, sətəlcəm olarlar. Ancaq hər şey o qədər gözəl keçdi ki... Dedik, güldük, əyləndik, həm də ki, çəkilişimizi etdik.Çəkiliş zamanı olan səmimi abu-hava və tanınmışların ilk dəfə görüşmələrinə baxmayaraq, aralarındakı bu qədər isti münasibətin olması düzü məni də bir balaca heyrətləndirdi. Əvvəlcə suya girmək planımız yox idi, ancaq sonra fotosessiyamızı daha da maraqlı etmək üçün belə bir təklif irəli sürdüm. Suya birinci Mələk girdi, arxasınca isə Rüstəm... Bəli, bugünkü layihəmizin qonaqları dünyaca məşhur model Rüstəm Cəbrayılov və tanınmış aktrisa Mələk Heydərovadır.

- Müəllif: Ay Rüstəm, niyə belə sakit dayanmısan?

- Rüstəm: Bir az utanıram, qızla (Mələyi işarə edir - red) təzə tanış olmuşam, özümü yaxşı aparıram ki, xoşu gəlsin məndən (gülürlər-red).

- Mələk: Yox, əslində Rüstəmlə mən 3 ildi tanışıq. Yəni mən onu 3 ildir tanıyıram, facebookdan həmişə şəkillərini "like" edirdim, arada yazışırdıq da...

- Rüstəm: Mən də Mələyi sosial şəbəkədən tanıyıram. Arada xoş kompilmentlər edirdim, gözəl xanımdı. Amma onunla ilk dəfə bu gün görüşdük.

- Müəllif: Aha...

- Rüstəm: Nə aha?! (gülür-red) Mələk şəkillərdəkindən də, qəşəngdir. Qismət bu günə idi. Çox şad oldum, tanışlığımıza.

- Müəllif: Mələk, sən nə deyə bilərsən, bayaqdan elə gülürsən.

- Mələk: Rüstəm çox pozitiv insandı, yumor hissi güclüdür, səmimidir. Bu gün məni çox güldürdü. Bu gün mən Rüstəmə vuruldum. Fərqli auralı insandır. Fotolarda başqadır, həyatda isə tamam başqa...

- Müəllif: Necə başqa? Oxucularımız üçün də açıqla, zəhmət olmasa.

- Rüstəm: Mən gedim, Mələk, rahat danış.

- Mələk: Yox getmə can, mənim üçün problem deyil.

- Müəllif: İndi mən gedəcəm necə də romantiksiniz, ancaq xatırladım ki, tək deyilsiniz, mən də varam.(onların başı bir-birilərinə o qədər qarışmışdı ki, arada müsahibə verdiklərini belə unudurdular-red) Bəlkə cavaba keçək? (gülürük-red).

- Mələk: Yaxşı, doğrudan biz axı müsahibə veririk. (gülür-red) Rüstəm çox səbrli insandı. Bizi nə qədər xarici ölkələrdə təmsil etsə də, uzun müddət orada yaşasa da, qanı Azərbaycan kişisinə xasdı. Əsl kişi xarakterli insandı. Çox şirindi, adam yemək istəyir... (gülürlər-red) Adam onunla yorulmaz.

- Rüstəm: Ay Mələk, bu müsahibədən və fotolardan sonra heç kəsdən yox, ancaq elə ikimizdən danışacaqlar, yazacaqlar.

- Müəllif: Bir az hava soyuq idi, suda üşümədiniz?

- Mələk: Mən bu fotosessiyanı bir həftə ardıcıl suyun içində davam edə bilərdim... Və sonra da hamımız xəstələnib ölərdik.

- Rüstəm: Düzdü soyuq oldu, amma suyun içinə girəndə soyuqluq hiss olunmadı. Suyun içərisində də insanı su pərisi gözləyirsə, əsla soyuq olmaz (gülür-red). Zarafatsız, ideya çox gözəldi. Amma kaş əvvəlcədən bilərdik ki, Əfruzə başımıza nə oyun açacaq, özümüzlə əlavə əyin-baş gətirərdik. (xatırladım ki, Rüstəmin əlavə geyimi yox idi, suya girib çıxandan sonra, elə donmuş vəziyyətdə əynindəki geyimlərin qurumasını gözlədi-red)

- Müəllif: Mələk niyə Rüstəmi məcbur edib, suya saldın?

- Mələk: Mən eləmədim, sən bizi aldadıb suya saldın, donduq soyuqdan (gülür-red) Amma düzünü etiraf edim ki, Rüstəmə suda öyrəşdim.

- Rüstəm: Mələk suya girəndən sonra 360 dərəcə dəyişdi, çox xoşbəxt oldu. Düzü məni heç kəs o suya sala bilməzdi, Mələk məni yoldan çıxartdı.

- Müəllif: Bu fotosessiya şəxsi həyatınızda müəyyən problemlər yaratmaz ki?

- Mələk: İndi həyatımda boşluq olduğu üçün, inanmıram. Açıq-saçıq şəkillər ancaq valideynlərimi narahat edə bilər, amma mən hər yerdə deyirəm ki, mən və ailəm müasir düşüncəli insanlarıq. Bu “Sarmaş-Dolaş” layihəsinin çəkilişi olduğu üçün, biz də bu pozlrda fotolar çəkdirməli idik, necə deyərlər layihənin adına uyğun.

- Rüstəm: İnanmıram ki, bu layihə Mələk üçün problem yarada... Çünki mən elə insan deyiləm, azdan-çoxdan tanıyanlar bilir. İnanmıram ki, bu fotolar mənə nəsə narahatçılıq yarada bilsin. Çünki sərbəst insanam. Ancaq çox təhlükəli bir neçə fanatım var, onlar qısqana bilərlər. Ancaq bu mənim işimdir. Çox xoş oldu mənə...Şəxsi həyatımda isə heç bir problem yaratmaz.

- Müəllif: Rüstəm, gələcəkdə növbəti dəfə ailə qursan tanınmış bir xanımla evlənərsənmi?

- Rüstəm: Mənim üçün ailə quracağım insanın dini, dili, irqi fərq eləmir. Əsas insan özünü xoşbəxt hesab eləsin. Mənim şəxsi həyatıma heç kəs müdaxilə edə bilməz. Düzdür Azərbaycanda doğulmuşam, yaşamışam. Ancaq eyni zamanda dünyanın bir çox ölkələrində olmuşam, psixologiyam bir az fərqlidir. Insan rahat və xoşbəxt olacağı həyatı seçməlidir. Mən fərqli insanları sevirəm. Məsələn, hər gün ondan yeni nəsə görüm, hər gün yenidən onu kəşf edim.

- Müəllif: Sevgiyə inanırsınız?

- Rüstəm: İnanıram. Amma sevginin ömrü 1-2 il olur, sonra öyrəşmək olur. Öz həyat təcrübəmdən deyirəm. Sevgi o vaxt sevgi olur ki, qovuşa bilmirsən, əlçatmaz qalır.

- Mələk: Sevgisiz həyatı təsəvvür etmirəm. Düzdü əbədi sevgiyə də inanmıram. Amma sevgi insanı gözəlləşdirir, həyat eşqini artırır, sevgi olmasa, bəs nə üçün yaşayırıq? Sevgidi bizi həyata bağlayan. Bir düşünək. Sevmirik və sevilmirik. Necə də maraqsız olar həyat elə deyilmi?

- Müəllif: Qız fanatların dedin ki, çoxdu. Fanatlarının bu sevgisi, diqqəti səni narahat eləmir?

- Rüstəm: 11 ildir bu işin içindəyəm. Mən imza günü keçirtmişdim. 9 min adam ora gəlmişdi. Bu həyata öyrəşmişəm, mənim üçün qeyri-adilik deyil bu... Narahatçılıq odur ki, mən təkəm, fanatlarım çox. Onlar görüşmək və ya şəkil çəkdirmək istəyəndə, mən vaxt cəhətdən problem yaşayıram. Ancaq xətirlərinə də dəymək istəmirəm. Ancaq belə narahatçılıq olur. Kənardan baxıb deməsinlər ki, özündən razıdır. Mən çalışıram ki, insanların sevgisini necəsə onlara qaytara bilim.

- Müəllif: Mələk bəs sən? Gənc xanımsan, sənin də fanatların kifayət qədərdi. Əks cins fanatların narahatçılıq yaratmır ki?

- Mələk: Bəli çoxdu. Mən Rüstəmdən fərqli olaraq buna yeni-yeni alışıram. Öncələr buna diqqət eləmirdim. Amm get-gedə yolda, getdiyim hansısa məkanlarda məni daha çox tanımağa başlayırlar. Əlbəttə ki, bunlar xoşdur. Lakin bəzən elə olur ki, fanatların sevgisi dözülməz həddə çatır. Bu da məni əksər hallarda narahat edir. Yenə də digər tərəfdən baxanda bu qədər sevildiyini görmək gözəl bir şeydir. Təki həmişə belə bol sevgi içərisində olaq. Düşünürəm ki, bu maraq və sevgi olmasa darıxaram.

Söhbətimizin şirin yerində saxlayıb, sizə Dübəndidə çəkilən fotosessiyamızı təqdim edirik:

Xəbər 12510 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR