Dənizə tullantı atan istirahət mərkəzlərinə qarşı reydlər davam edəcək

Dənizə tullantı atan istirahət mərkəzlərinə qarşı reydlər davam edəcək

Xəzər dənizini çirkləndirənlərə qarşı sərt tədbirlər görüləcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov mətbuat konfransında deyib.
O bildirib ki, Xaçmaz rayonunun sahil zolağında keçirilən reyd zamanı qanunsuzluqlar aşkarlanıb: "Sahil zolağında yerləşən "Bulaq", "Panorama" , "Raduqa", "Venesiya" və digər istirahət mərkəzləri məişət tullantılarını ətraf ərazilərdə qalaqlayıblar. Bir sıra istirahət mərkəzləri isə tullantıları Xəzər dənizinə atıb. Belə mərkəzlər ümumilikdə 12 500 manat məbləğində cərimələnib. Bu reydlər davam etdiriləcək".
 
F.Mütəllimov qeyd edib ki, Xəzər dənizinin tullantılardan qorunmasında ictimaiyyətin rolu əvəzsizdir: "Ona görə də qanun pozuntuları ilə rastlaşanlar nazirliyə müraciət etsinlər. Lakin bəzi hallarda bir sıra şəxslər cərimələrə də əhəmiyyət vermirlər".
 
Aktual.az 
Xəbər 181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR