Dənizdə batan qız 20 dəqiqədən sonra sudan sağ çıxarıldı

Dənizdə batan qız 20 dəqiqədən sonra sudan sağ çıxarıldı

Nabran çimərliyində dənizdə batan 18 yaşlı qız sudan sağ çıxarılıb.

Aktual.az  bu barədə report-a istinadən məlumat verir.

Məlumata görə, Quba rayon sakini, 1998-ci il təvəllüdlü Fəzilə Taleh qızı Abbasova dənizdə batıb və Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən 20 dəqiqədən sonra sudan çıxarılıb və ilkin tibbi yardım göstərilərək həyata qaytarılıb. 

F.Abbasova təcili tibbi yardım maşını ilə Xudat Şəhər Xəstəxanasına aparılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan "Report"a bildirilib ki, onun vəziyyəti normaldır və həyatı üçün heç bir təhlükə yoxdur.

Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR