Dənizdə 5-i uşaq olmaqla 10 miqrant batıb

Dənizdə 5-i uşaq olmaqla 10 miqrant batıb

Yunanıstanın Farmakonisi adası yaxınlığında göyərtəsində miqrantlar olan qayıq qəzaya uğrayıb, nəticədə 5-i uşaq olmaqla 10 nəfər ölüb.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ölənlər arasında bir qadın və dörd kişi var. Qayıqda olanlardan daha 13 nəfər xilas olunub. İki nəfər itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə işlərinə 1 helikopter, bir kater və bir neçə özəl gəmi iştirak edir.

Farmakonisi adası Türkiyənin yaxınlığında Egey dənizində yerləşir.

Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR