Ödəniş bildirişlərini telefonla ala bilərsiz

Ödəniş bildirişlərini telefonla ala bilərsiz

İstifadəçi sadəcə müəyyən funksiyanı aktivləşdirir.

“Elektron hökumət” portalının mobil əlavəsi vətəndaşların işini asanlaşdırıb.

Aktual.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumatına görə, portalın mobil əlavəsi vasitəsi ilə vətəndaşlar kommunal borcları, ipoteka ödənişləri, Dövlət Yol Polisi tərəfindən tətbiq olunan cərimələri barədə real vaxt rejimində xəbər tuta biləcəklər.

Bildirişlər hissəsində mövcud xidmətlər birbaşa “Elektron hökumət” portalına bu yaxınlarda qoşulmuş “Hökumət Ödəniş Portalı”ndan inteqrasiya edilir.

İstifadəçi sadəcə bildiriş almaq istədiyi xidmətin bildiriş funksiyasını aktivləşdirir.

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR