Dələduzluqda təqsirləndirilən iş adamları həbsdən azad edildi

Dələduzluqda təqsirləndirilən iş adamları həbsdən azad edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və fəaliyyəti ləğv edilmiş "RoyalBank"ın sabiq əməkdaşı Kərim Əhədin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə hər iki şəxsin cinayəti sübuta yetirilmədiyi üçün onlara bəraət verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, prokuror çıxışında hər iki şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə məlum olub ki, R.Cəfərquliyev SAB, "Sevimli dad", "Min bərəkət" kimi kolbasa və sosiska şatışı ilə məşğul olan şirkətlərdən mal alaraq Bakı və ətraf rayonlarda satıb, bir neçə tanışını bu işə cəlb edib və depozit qoyaraq onlara da pul qazanmağı təklif edib.
Amma şəbəkənin işi alınmadığından R.Cəfərquliyev aldığı pulları geri qaytara bilməyib. R.Cəfərquliyevə pul verən şəxslər ondan şikayətçi olublar.
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR