Dekabrda Rostov-Bakı aviareysi açılacaq

Dekabrda Rostov-Bakı aviareysi açılacaq

Rostovun "Platov” beynəlxalq aeroportundan yaxın vaxtlarda Bakı, Tel-Əviv, Pattaya və Qoaya birbaşa sərnişin aviareysləri açılacaq.

"APA-Economics”in "Platov” aeroportunun yaydığı məlumata istinadən xəbər verir ki, "AzurAir” aviaşirkəti oktyabrın 30-dan etibarən Rostov-Pattaya, noyabrın 5-dən isə Rostov-Qoa marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
"Azimut” aviaşirkəti isə dekabrın 1-dən Rostovdan Tel-Əvivə, dekabrın 2-dən isə Bakıya birbaşa uçuşların həyata keçirilməsinə start verəcək.
 
Aktual.az
Xəbər 1187 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR