Dağlıq Qarabağda vəziyyət pisləşsə, ATƏT xüsusi iclas keçirəcək

Dağlıq Qarabağda vəziyyət pisləşsə,   ATƏT xüsusi iclas keçirəcək

“Vəziyyət pisləşsə, ATƏT Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni xüsusi iclas keçirməyə hazırdır”. 

APA-nın məlumatına görə, bunu ATƏT baş katibi Lamberto Zanyer “RİA Novosti”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, təşkilatın aprelin 4-də artıq xüsusi iclası keçirilib: “Daimi Şura da hər həftə iclas keçirir və bütün məsələləri müzakirə edir. Dünən Daimi Şura Dağlıq Qarabağ məsələsini müzakirə edib. Növbəti həftə də bu məsələni yenə müzakirə edəcəyik”.

L. Zanyer qeyd edib ki, Daimi Şuranın Minsk qrupu həmsədrlərinin iştirakı ilə yeni xüsusi iclası onlar regiondan qayıtdıqdan sonra baş tutacaq: “Təbii ki, orada vəziyyət pisləşsə, biz xüsusi iclas keçirəcəyik. Lakin həmsədrlər geri qayıdanədək heç nə planlaşdırılmır”. 

Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR