Dağlıq Qarabağ münaqişəsi NATO PA-nın seminarında

Dağlıq Qarabağ münaqişəsi NATO PA-nın seminarında

Milli Məclisin deputatları Kamran Bayramov və Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 92-ci Rouz-Rout seminarında iştirak etmək üçün iyunun 13-də Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edəcəklər.

Aktual.az Trend-ə istinadən bildirir ki, tədbirdə problemli regional kontekstdə Ukraynanın transformasiyası, Donbass bölgəsində vəziyyət, müdafiə sektorunda, siyasi, iqtisadi, antikorrupsiya sahələrində həyata keçirilən islahatlarla bağlı məsələlərə baxılacaq.

Seminarda, habelə Cənubi Qafqazda həll edilməmiş münaqişələr mövzusunda müzakirələr aparılacaq.

Millət vəkili M.İbrahimqızı Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində baş verən son hadisələr, hazırkı vəziyyət barədə məlumat verəcək.

Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR