Daha bir qazinin ailəsi mənzillə təmin edildi - FOTOLAR

Daha bir qazinin ailəsi mənzillə təmin edildi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Vətən müharibəsinin iştirakçısı, döyüşlərdə yaralanmış Məmməd Əkbərovun ailəsinin də mənzillə təmin edilməsini qərara alıb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov ailə ilə görüşüb, ailənin sosial vəziyyətini öyrənib.
"Məmməd Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq Cəbrayıl və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına savaşıb. Hətta xəsarət almasına baxmayaraq, yenidən döyüşlərə davam edib. Oktyabrın 21-də Qubadlı uğrunda savaşda növbəti dəfə yaralanıb. Hazırda müalicəsini evdə davam edən Məmməd əlilliyə görə təqaüd alan atası, orta məktəbdə çalışan anası, qardaşı və məktəbli bacısı ilə birgə yaşayır", məlumatda qeyd olunub.
Həmçinin bildirilib ki, ailənin məişət durumu, ailə tərkibi nəzərə alınaraq Nazirlik tərəfindən onların mənzil şəraitinin yaxşılaşdırılması qərara alınıb. "Artıq bu məqsədlə sosial tərəfdaşın dəstəyi ilə ailə üçün ikiotaqlı mənzil alınıb. Evin sənədləşmə prosesi yeni ilin ilk iş günündən aparılacaq və qısa müddətdə ailə yeni evinə köçəcək", vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli də ailə ilə görüşüb. Qazi və qardaşının məşğulluğuna dəstək üçün istəkləri əsasında onlar ödənişli ictimai işlərə də cəlb olunublar.




Xəbər 342 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR