Daha bir neçə bank bağlanacaq – Ekspert

Daha bir neçə bank bağlanacaq –   Ekspert

“AvroBank” və “Azərbaycan Kredit Bankı” bağlanan sonuncu banklar deyil.  

Aktual.az xəbər verir ki, bu haqda iqtisadçı Samir Əliyev açıqlama verib. Onun sözlərinə görə, Mərkəzi Bank kiçik bankların bazardan çıxarılmasında israrlı görünür:   

“Komisyon haqlarının 1 faizə salınması fonunda milli valyuta kreditlərində müşahidə edilən bahalaşmaya qarşı Mərkəzi Bankdan növbəti cavab tədbiri gəldi. Biznes və istehlak kreditlərinin faktiki illik faiz dərəcələri (FİFD) üçün yuxarı hədd müəyyənləşdirildi. Bundan sonra banklar və bank olmayan kredit təşkilatları müştərilərə biznes kreditlərini 25, istehlak kreditlərini isə 29 faizdən baha verə bilməyəcək. Halbuki “Banklar haqqında” Qanunun 36-cı maddəsinə görə, hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını müəyyən etməkdə sərbəstdir. Güman etmək olar ki, “AvroBank” və “Azərbaycan Kredit Bankı” sonuncu qurban olmayacaq. Əksinə, bundan sonra bankların sayı azala bilər. Mərkəzi Bank kiçik bankların bazardan çıxarılmasında israrlı görünür”.   

İqtisadçının sözlərinə görə, Elman Rüstəmovun əhalini dolayısı ilə kiçik banklara əmanət qoymaqdan çəkindirməsi də məhz buna işarədir:   

“Yaxın dövrdə bankların sayı 40-dan aşağı düşə bilər. Onların sayının 35-ə düşməsi də istisna deyil. Ayrı-ayrı banklarda vəziyyətin həddindən artıq ağır olması barədə siqnallar gəlməkdədir. MB banklara “yaxşı” və “pis”, “böyük” və “kiçik” meyarları tətbiq etməklə, münasib bildiyi bankla işləyəcək. Konsolidasiya tədbirləri bank olmayan kredit təşkilatlarına da (BOKT) təsir edəcək. BOKT-larda kredit faizləri banklarla müqayisədə daha yüksəkdir. Bu kredit təşkilatlarında illik faiz dərəcəsi hətta 40 faizə çatır. Onların kredit portfeli də məhduddur. BOKT-ların əsas üstünlüyü onun resurslarına əlçatanlığın asan olmasıdır. BOKT-lar həm də banklardan fərqli olaraq kənd yerlərində, o cümlədən cəbhə bölgəsinə yaxın ərazilərdə işləyirlər. Hazırda ölkədə BOKT-ların sayı 157-dir və onların kredit portfeli ümumilikdə 591 milyon manata yaxındır. Ölkə üzrə kredit qoyuluşunun 2,9 faizi bu təşkilatların payına düşür. Banklarda son aylarda kredit qoyuluşunun azalmasına rəğmən BOKT-larda zəif də olsa, artım müşahidə edilir. Ancaq tezliklə BOKT-ların sayının azalması qaçımaz olacaq”.  

Xəbər 766 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR