Daha bir MTN agenti həbs edildi

Daha bir MTN agenti həbs edildi

DTK və MTN-in keçmiş agenti (keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun dövründən iş stajı olan agent), Azərbaycanda məşhur fırıldaqçı-dələduz, Ayaz Mütəllibovun Moskvada mühacirətdəki mətbuat katibi Teylor İbrahimov (Fətişoğlu) Ağdamda həbs olunub.

Aktual. Virtualaz.org -a istinadən xəbər verir ki, bu barədə rayondakı mənbə bildirib. Mənbəyə əsasən, Teylor Bakıda Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-ə təhvil verilib.

2000-ci illərin əvvəllərində T.Fətişoğlu Moskvada mühacirətdə olan A.Mütəllibovun tıəfdarlarının sırasında, digər agentlərlə birlikdə MTN sıralarına daxil edilib.

Teylor Fətişoğlu iri məbləğdə dələduzluqda ittiham olunur. Fırıldaqçının toruna 20-dən çox vətəndaş düşüb ki, onlara 100 min manatdan artıq ziyan vurulub. MTN agentinin barəsində AR CM-nin 178-ci maddəsi üzrə cinayət işi başlanıb.


Xəbər 1660 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR