Mavritaniya Qətərlə diplomatik əlaqələri kəsdiyini bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "Al Arabia" məlumat yayıb.
Mavritaniya Dohanın təcridinə qoşulmuş 9-cu ölkə olub. Bundan əvvəl BƏƏ, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Liviya, Maldiv adaları və Mavriki Qətər ilə diplomatik əlaqələri kəsib. Həmçinin bəzi ölkələr Qətərlə iqtisadi əlaqələri də dayandırıb. O cümlədən İordaniya da Doha ilə diplomatik münasibətləri aşağı səviyyəyə endirdiyini bəyan edib.
Onlar Qətəri terrorizmi dəstəkləməkdə ittiham edirlər.
Aktual.az
Xəbər 333 dəfə oxunub.