Daha bir kənd qazla təmin olundu

Daha bir kənd qazla təmin olundu

Ağcabədi rayonunun Qaravəlli kəndinə ilk dəfə təbii qaz verilib.

"Azəriqaz” İstehsalat Birliyindən Aktual.az-a bildirilib ki, birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq noyabrın 8-də Dövlət Bayrağı günü ərəfəsində Ağcabədi rayonunun Qaravəlli kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 732 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 min 22 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 33 min 737 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən sakinlər kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Aktual.az
Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR